Bibliya/Markın Nəql Etdiyi Müjdə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 287:
1 İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı.
 
2 Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını boşamağa icazəsi varmı?» 3 İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?» 4<ref>Qanun. 24:1-4; Mat. 5:31</ref> Onlar dedi: «Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi». 5 İsa da onlara belə dedi: «O bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı. 6<ref>Yar. 1:27; 5:2</ref> Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”. 7<ref></ref> “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq 8 və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir. 9 Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».
 
10 Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər. 11<ref>Mat. 5:32; Luka 16:18; 1Kor. 7:10-11</ref> İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir. 12 Ərindən boşanıb başqasına gedən qadın da zina edir».
Sətir 315:
Kor Bartimayın gözləri açılır (Mat. 20:29-34; Luka 18:35-43)
 
46 Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu. 47 Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı. 48 Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. 49 İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır». 50 O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi. 51 İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni,<ref>Rabbuni – arami dilində Müəllimim.</ref> gözlərim açılsın». 52 İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.
 
== 11 ==