redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
▲ Bahar fəsli yaz ayları gələndə
▲ Süsənli sünbüllü lalalı dağlar
▲ Yoxsulu ərbabı şahı gədanı
▲ Tutmaz bir – birindən aralı dağlar
▲ Xəstə üçün təpəsində qar olur
▲ Hər cür çiçək açır laləzar olur
▲ Çeşməsindən abi – həyat car olur
▲ Dağıdır möhnəti məlalı dağlar
▲ Yazın bir ayıdı çox yaxşı çağın
▲ Kəsilməz çeşməndən gözəl yığnağın
▲ Axtarma motalın yağın qaymağın
▲ Zənbur çiçəyindən bal alı dağlar!
▲ Yayın əvvəlində dönürsən xana
▲ Son ayda bənzərsən yetkin bostana
▲ Payızın zəhməri qoyar virana
▲ Dağıdar üstündən cəlalı dağlar.
▲ Gahdan çiskin tökər, gah duman eylər,
▲ Gah gəlib-gedəni peşiman eylər,
▲ Gahdan qeyzə gələr, nahaq qan eylər,
▲ Dinşəməz haramı, halalı dağlar.
▲ Ağ xələt bürünər, zərnişan geyməz,
▲ Heç kəsi dindirib keyfinə dəyməz,
▲ Sərdara söz deməz, şaha baş əyməz,
▲ Qüdrətdən səngərli, qalalı dağlar.
▲ Köçər ellər, düşər səndən aralı,
▲ Firqətindən gül-nərgizin saralı,
▲ Ələsgər Məcnun tək yardan yaralı,
▲ Gəzər səndə dərdli, nalalı, dağlar.
|