Qaçqın: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: poem Qaçqın Huseyn Cavid Örtünmə, dur! Kimsən, nerəlisən sən, Gözəl qaçqın, başı bəlalı qaçqın! Gülümsə nur saçılsın üz gözündən, Ey hər halı məl...
(Fərq yoxdur)

12:09, 26 iyun 2009 tarixindəki versiya

poem Qaçqın

   Huseyn Cavid

Örtünmə, dur! Kimsən, nerəlisən sən, Gözəl qaçqın, başı bəlalı qaçqın! Gülümsə nur saçılsın üz gözündən, Ey hər halı mələk ədalı qaçqın!...

Zülfünü qoynunda bəsləmış gecə, Süzgün gözlərin, gül üzün pək incə, Künül məst olur sən gülümsədikcə, Ey nazlı dağların maralı qaçqın!

Mən istərəm ömrüm səninlə gülsün, Söylə, nə dərdin varsa anlat bütün; Aman, nə oldu ki, sən böylə düşdün Yurdundan, elindən aralı qaçqın!

Ah, səni gördümdə dağıldı huşum, Vuruldum sənə sanki bir sərxoşam, Mən də sənin kimi qərib bir quşam, Gəl mənə, ey könlü yaralı qaçqın!...


  poem