Çəlik qollar: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: '''Çəlik qollar''' '''(Bakı işçisinə)''' <poem> Onlar, o çəlik qollar, o qollardakı qüvvət Saçmaqda quduz kinlərə dəhşət. Yox, bir daha görməz o çəlik qolları...
(Fərq yoxdur)

12:12, 4 iyul 2009 tarixindəki versiya

Çəlik qollar

(Bakı işçisinə)


Onlar, o çəlik qollar, o qollardakı qüvvət
Saçmaqda quduz kinlərə dəhşət.
Yox, bir daha görməz o çəlik qolları zəncir,
Çıldırsa da hər qanlı cahangir.

Tunc üzlü böyük dalğa! Sənin qüdrətin aydın,
Düşmənləri daim heçə saydın.
Qoş sülhə, çalış, aləmə qüvvətlə işıq ver,
Çarpışmaq üçün əzmini göstər.

Ey şanlı əmək ordusu, ey şanlı mübariz!
Çoxlar səni zənn etsə də aciz,
Sən yüksələcək, parlayacaq, parladacaqsan,
Hər qütbə şətarət qatacaqsan.