Nə məlamət əsər etmiş görəsən dildarə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Nə məlamət əsər etmiş görəsən dildarə | müəllif = Rəhim bəy Fəna | keçidsiz müəllif = | tərcüməçi...' ilə yarat
 
Redaktənin izahı yoxdur
 
Sətir 10:
| il =
| qeydlər =
| mənbə = {{cite web |url=http://anl.az/el/latin_qrafikasi/ea/az.an.pdf |archiveurl=https://web.archive.org/web/20160305013616/http://www.anl.az/el/latin_qrafikasi/ea/az.an.pdf |archivedate=2016-03-05 |title=XIX əsr Azərbaycan şeiri antologiyası |author=Tərtib edəni: Zaman Əsgərli |date=2005 |work=Milli Kitabxana |publisher="Şərq-Qərb" |accessdate=2016-08-13 |language=az }}
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
Sətir 16 ⟶ 17:
<poem>
Nə məlamət əsər etmiş görəsən dildarə
 
Ki, cəkib yardan əl, uydu yenə əğyarə?
 
Hansı məşuqə deyir aşiqinə, eşqi unut?
 
Hansı tacirdi rəvac istəmədi bazarə?
 
Bivəfa yari-cəfakarım urub səngi-cəfa,
 
Şişeyi-xatiri məhzunum olub sədparə.
 
Məni aşufta edən qeyrilə yar olmağıdır,
 
Cövri-hicrilə könül gəlməz idi zinharə.
 
Nə bileydim ki, səri-zülfi giriftarı olub,
 
Qalar axırda qara günlü könül avarə.
 
Ey könül, səbr elə kim, xameyi-təqdir yazıb,
 
Yar ola qisməti-əğyar, yetə gül xarə.
 
Bülbüli-zarə deyin, kecdi sənin əyyamın,
 
Vəqt odur kim, tapa yol zağu zəğən gülzarə.
 
Gülşəni-eşq xəzan buldu, Fəna oldu xəmuş,
 
Bir də indən belə haşa ki, gələ göftarə.
</poem>