Söz (Füzuli): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni ' '''Söz qəzəli''' Xəlqə ağızın sirrini hərdəm qılır izhar söz, Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. Artıran söz qədrini sid...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 1:
'''Söz qəzəli'''
Xəlqə ağızın sirrini hərdəm qılır izhar söz,
 
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
 
Artıran söz qədrini sidq ilə qədrin artırar,
 
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
 
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
 
Edə hər saət səni ol uyqudan bidar söz.
 
Bir nigari-ənbərinxətdir könüllər almağa,
 
Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz.
 
Xazini-gəncineyi-əsrardır, hərdəm çəkər
 
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.
 
Olmayan qəvvasi-bəhri-mərifət arif degil
 
Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar-söz.
 
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
 
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.