Adama cumur: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Adama cumur | keçidsiz müəllif = Molla Nəsrəddin | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə...' ilə yarat |
(Fərq yoxdur)
|
07:44, 1 iyun 2018 tarixindəki versiya
Adama cumur Müəllif: Molla Nəsrəddin |
Bir gün Teymur Ləng Mollanı şikara dəvət edir.Qasid xəbər gətirir ki, Molla bu saat gələcək. Gözləhagözlə, bir də baxırlar ki, Molla əlinin üstündə bir qarğa, budur gəlir. Teymur Ləng Mollanı belə görəndə özünü saxlaya bilməyib gülür ki: – Ay Molla, bu qarğa nədir? Yoxsa qarğa ilə şikara getmək istəyirsən? Molla: – Nə olar ki?.. Teymur: – Axır qarğa şikar eliyə bilməz. Molla: – Edər. Lap yaxşısından edər. Mən elə qarğalar tanıyıram ki, qızılquşdan yaxşı şikar eləyir, özü də quşa nədi ki, lap adama cumurlar. Sonra saray adamlarını göstərib deyir: – Bir dön ətrafına bax!