Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əz-Zariyat surəsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
kRedaktənin izahı yoxdur
Teq: 2017 viki-mətn redaktoru
 
Sətir 99:
49. Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!
 
50. ([[Məhəmməd|Ya Rəsulum]]! Bu insanlara de: ) "Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
 
51. Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
 
52. ([[Məhəmməd|Ya Rəsulum]]! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər.
 
53. Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər!
 
54. ([[Məhəmməd|Ya Rəsulum]]!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin).
 
55. Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.