Olmadı mümkün edim halımı cananə ərz: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Əbülqasim Nəbati | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcümə...' ilə yarat |
(Fərq yoxdur)
|
Səhifəsinin 08:33, 25 yanvar 2020 tarixinə olan son versiyası
Olmadı mümkün edim halımı cananə ərz Müəllif: Əbülqasim Nəbati |
Olmadı mümkün edim halımı cananə ərz,
Mur nə qism eyləsin şahi-Süleymanə ərz.
Tab ola gər aşiqə yar üzün görməyə,
Şəm’ə edər hər gecə dərdini pərvanə ərz.
Surəti-divar tək olmasa gər lalü məhv,
Dərdin edər yarına aşiqi-divanə ərz.
Badi-səba, fəsli-gül gülşənə etsən xuram,
Hali-pərişanım et sünbülü reyhanə ərz.
Şə’şəeyi-arizin aldı gözümdən şüa’,
Qoymadı halım edim ol məhi-tabanə ərz.
Çahi-məzəllətdə bənd Bijən olub müstəmənd,
Halın onun kim edə Rüstəmi-dastanə ərz?
Gərdişi-çərxi-fələk olmasa kamımca gər,
Dərdi-dilim eylərəm şahi-Xorasanə ərz.
Mətləi-şəmsi-züha, məzhəri-nuri-hüda,
Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz.
Səhmi-şəbi-tardən olma, Nəbati, məxuf,
Dadi-dilin etgilən sureyi-Imranə ərz.