Ey mələksima ki, səndən özgə heyrandır sana: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
<poem>
Ey mələksima ki, səndən özgə heyrandır sana,

Həq bilir insan deməz, hər kim ki, insandır, sana.

Verməyən canın sənə bulmaz həyati-cavidan,

Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq,

Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,

Çün Məsihi-vəqtsən, can vermək asandır sana.

Çıxma yarım, gecələr, əğyar tənindən saqın,

Sən məhvi-övci-məlahətsən, bu nöqsandır sana.

Padişahım, zülm edib aşiq sana zalim demiş,

Xuburlardan yaman gəlməz, bu böhtandır sana.

Ey Füzuli, xuburlardan təğafüldür yaman,

Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!
</poem>

[[Kateqoriya:Məhəmməd Füzuli]]