Müsəlmanın halı: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Müsəlmanın halı | müəllif = Üzeyir Hacıbəyov | İli = | mənbə = Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri. 1985. B...' ilə yarat |
(Fərq yoxdur)
|
21:06, 1 aprel 2021 tarixindəki versiya
Müsəlmanın halı Müəllif: Üzeyir Hacıbəyov |
Mənbə: Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri. 1985. Bakı. Yazıçı. |
Hökümət qapısında
- Kərbəlayı Bədəl, görə bildin?
- Görə bildim.
- Nə dedi?
- Dedi: "Zavtra"(Sabah)
Ağalar qapısında
- Məşədi Fərəcullah, ağa evdə idi?
- Bəli, evdə idi.
- Səni gördü, nə dedi?
- İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.
İntelligent qapısında
- Mahmud əmi, razı oldumu?
- Balm, yox!
- Nə üçün?
- Dedi, beş yüz manat ver, yazım.
Dövlətli qapısında
- Kərbəlayı Müseyyib, getmişdin?
- Hə, getmişdim.
- Görə bildin?
- Balam, yox. Səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi.