Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
kRedaktənin izahı yoxdur
Sətir 20:
Yazılı mənbələrdə Aşıq İslam haqqında demək olar ki, heç bir məlumata rast gəlmədik. Sadəcə onun bir neçə yazılarda adı çəkilir.
Tədqiqatçı alim İslam Ələsgərin topladığı Göyçə aşıqlarının el-oba arasında tanınmış məlum nümayəndələrinin siyahısında Yarpızlı kəndindən olan aşıqlardan Aşıq İslamın da adı çəkilir[2,s.14]. Göyçə mahalının Basarkeçər rayonunun kəndləri haqqında ümumiləşmiş məlumat kitabında da "Yarpızlı kəndinin aşıq və balabançıları" siyahısında Aşıq İslamın adına rast gəlinir [3,s.428]. Lakin hər iki mənbədə aşığın haqqında əlavə heç bir məlumat verilməmişdir. Tədqiqatçı alim Ziyəddin Məhərrəmov Göyçə mahalının ayrı-ayrı kəndlərində yazıb-yaradan aşıqlar və el şairləri barədə yazarkən Yarpızlı kəndindən olan məlumatda göstərir ki, "Aşıq İslam - BVM-də həlak olub" [1,s.133]. Buradan da göründüyü kimi, Aşıq İslam Yarpızlı haqqında məlumatlar çox az və bəsitdir.
Sənətşünaslıq namizədi Azad Ozan Kərimli "Göyçə aşıq məktəbi" adlı məqalələr silsiləsində yazır: "Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq İslamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. ...Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu illər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq İslam çox yaxşı söz deyərmiş, - sinədəftər imiş. İslamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II Dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! - A.O.K.) imiş"[4]. Müəllif ifadələrində yanlışlığa yol vermişdir. Belə ki, əvvəla Aşıq İslam Daşkənddən yox, Yarpızlı kəndindənirkəndindəndir, sadəcə İslamın anası Daşkənddəndir. İkincisi, Aşıq Abbasəli Nəzərov müəllifin yazdığı kimi 1905-1910-cu illər arasında yox, 1919-cu ildə anadan olub. Üçüncüsü isə Aşıq İslamın ustadının Aşıq Ziyad olması həqiqətə o qədər də uyğun deyil. Çünki Aşıq Ziyad 1917-ci ildə anadan olub[5,s.85]. Belə çıxır ki, ustad şəyirddən 7-8 yaş kiçikdir. Bu da o qədər də inandırıcı deyil. Adətən ustad şəyirddən böyük olur. Zənnimizcə bizim gəldiyimiz qənaət daha doğrudur. Yeri gəlmişkən onu da qeyd edək ki, tam dəqiqləşdirilməmiş şəxsi araşdırmalarımıza görə Aşıq İslamın ustadı öz həmkəndlisi Yarpızlı Aşıq İman olmuşdur.
Aşıq İslamın yaradıcılığı haqqında araşdırmalarımız zamanı Şair Məmmədhüseynin "Yatıb oyanmaz, oyanmaz..." adlı kitabına yazılmış ön sözdə bir bənd şeirinə təsadüf etdik. "Göyçə mahalında ad-san qazanmış Yarpızlı Aşıq İslam rəhmətlik şair (Şair Məmmədhüseyn - A.Y.) haqqında fikirlərini belə ifadə etmişdir. (Nəticəsi İsrail Mikayıl oğlu Şairovun əlyazmalarından)