Xıdır Nəbi (Əhməd Cavad)
Xıdır Nəbi Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005 |
Xıdır Nəbi bölərək
Az ömürlü çilləni,
Çırpır onun üzünə
Tərsinə bir silləni.
Deyir on gün bəsindir,
Qırıb-çatdm aləmi,
Sen qonaqsan, diinyam
Dağıdarlar beləmi?
Qalan on gün mənimdir
Hər şey dönüb taxtaya.
Hansı canlı tab edər
Bu küləyə, şaxtaya?
Külək əsir, qoy əssin,
Qmlm asın ağaclar.
Qırılmasın meşələr,
Boş qalmasın yamaclar.
Yalquzağa qalmasın
Çöllər, düzlər, çəmənlər.
Evdə dustaq olmasın
Dehqanlar, yer əkənlər.
Qoyun-quzu qorxmadan
Çıxsın çölə, bayıra.
Kim qıyar insanları
İşdən, gücdən ayıra.
İş, həyat hərəkətdir,
H ərəkət - bərəkətdir.