Xıdır Nəvi yeli

Rəvayətlər. Xıdır Nəvi yeli
Müəllif: Şifahi xalq ədəbiyyatı


Xıdır Nəvi giçcih çilədə olar. Xıdır Nəvidən üç gün qavaq, üç gün də sonra yel əsir. Ona deyillər “Xıdır Nəvi yeli”. Xıdır Nəvi bayramında yaxşı taxıl qoyrurux, qoyud çəkirih. Axşam qoyudu bir cəmdə pəncəriyə qoyurux. Yanına da bir dolça su, bir dənə də güzgü, diləy elyirik – Qurvanı olduğum gələndə sudan atına içirdir, özü də qoyudun üstündə bir iz qoyuf gedir. İz qalanda deməh yerinə yetəjəh. Onda gərəh savah açılan kimi bir qurvan kəsif camahata paylıyasan.

Mənbə

redaktə