Xırxatala piri
Xırxatala piri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Qəbələnin Xırxatala kəndində Hüsnü adlı bir arvad olub. Onun
bir oğlu, bir gəlini olub. Hər gün oğlu işə gedəndən sonra bu arvad
nəvəsini, gəlinini evdə qoyub harayasa gedir, süd gətirib gəlir. Bir
neçə gün belə təkrar olunur. Bir gün gəlin deyir ki, bu arvadın arxasınca
gedib baxacağam, görüm o neyləyir. Gəlin gedib görür ki,
qaynanası bağda bir cüt ana ceyranı sağır. Bu dəm qaynana çevrilib
dala baxır. Elə orada da quş olub ceyranlarla bərabər çıxıb gedir.
Həmin yer indi ziyarətgahdır.