Xəbər ver — Boylədir
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Xəbər ver — Boylədir Müəllif: Məxtumqulu Fəraqi və Durdı |
Məxtumqulu ilə Durdı şairin deyişməsi Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Məxtumqulu:
O nədir ki, yaşıl-qızıl bürüner?
O nədir ki, ayağı yox, sürüner?
O nədir ki, doryalarda görünər?
Şair isən ondan bizo xebər ver.
Durdı şair:
Ol əkindir yaşıl-qızıl bürünər
O ilandır, ayağı yox sürünər
O balıqdır, dəryalarda görünər
Bizden salam olsun, cavab boylədir.
Məxtumqulu:
— O nədir ki, yaxası var, yanı yox?
O nədir ki, qanadı var, qanı yox?
O nədir ki, adam udur canı yox?
Şair isən ondan bize xəbər ver.
Durdı şair:
— O kəfəndir, yaxası var, yam yox
Kepənəkdir, qanadı var, qanı yox
Qara yerdir, adam udar, cam yox
Bizdən salam olsun, cavab boylədir.
Məxtumqulu:
— O nədir ki, darvazasız qaladır?
O nədir ki, pəncərəsiz binadır?
O nədir ki, bir-birindən aladır?
Şair isən ondan bizə xəbər ver.
Durdı şair:
— Ol gönüldür-darvazasız qaladır
O qəbirdir — pəncərəsiz binadır
Ol ay-gündür bir-birindən aladır
Bizdən salam olsun, cavab boylədir.
Məxtumqulu:
— O nedir ki, yemedilər doydular?
O nədir ki, ulu günə qoydular?
O kim idi, dabanından soydular?
Şair isən, ondan bizə xəbər ver.
Durdı şair:
— O didardır, yemədilər doydular
Ol namazdır, qiyamətə qoydular
Nəsimini dabanmdan soydular
Bizdən salam olsun, cavab boylədir.
Məxtumqulu:
— O nədir ki, torpaq üstə sürünməz?
O nədir ki, adamlara görünmez?
O nədir ki, heç bir dona bürünməz?
Şair isen, ondan bizə xəbər ver.
Durdı şair:
— Ərənlerdir, zəlil olub sürünmez
Bir bəladır, gelsə göze görünməz
Yalan sözlər heç bir dona bürünməz