Xəlifə deyir ki, dəbirim olsun
Xəlifə deyir ki, dəbirim olsun Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Xəlifə deyir ki, dəbirim olsun,
Məqamın əlimlə göylərə qalxar.
Dəbirəm, doğrudur, yazım misilsiz,
Lakin, baş əymərəm bu işə, zinhar.
Bir dəbir olmaqla nə fəxr edim ki,
Vəzirlik mənimçün deyil iftixar.
Mən bir Günəş ikən, ulduz olmaram,
Borc papaq qoymaqda nə məziyyət var?