Xəstə düşdüm, gələn yoxdur üstümə

Xəstə düşdüm, gələn yoxdur üstümə
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Xəstə düşdüm, gələn yoxdur üstümə,
Qərib öldüm, bikəs öldüm, yad öldüm,

Xəbər olsun yaranıma, dostuma,
Qərib öldüm, bikəs öldüm, yad öldüm.
Ey sevdiyim, səndən qeyri kimim var,
Gəl üstümə, aman öldüm, dad öldüm.

Xırdacalar yığıldılar yamma,
Fikr elədim odlar düşdü canıma,
Başdan belə yazılıbdır şanıma,
Qərib öldüm, bikəs öldüm, yad öldüm.
Ey sevdiyim, səndən qeyri kimim var,
Gəl üstümə, aman öldüm, dad öldüm.

Dərdim çoxdur, birin doğm sanan yox,
Məgər burda qəm hərfıni qanan yox?
Bir ah çəkib cigərindən yanan yox,
Qərib öldüm, bikəs öldüm, yad öldüm.

Ey sevdiyim, səndən qeyri kimim var,
Gəl üstümə, aman öldüm, dad öldüm.
Ağla, didəm, qanh yaşın sel olsun,
Söyləməyə gizli dərdin dil olsun,
Kimim vardır qohum-qardaş, el olsun,
Qərib öldüm, bikəs öldüm, yad öldüm.

Ey sevdiyim, səndən qeyri kimim var,
Gəl üstümə, aman öldüm, dad öldüm.
Vidadiyəm, təbib dərdim bağlamaz,
ınəm başın düyünləməz, dağlamaz,
a yığılar, sərin baxar, ağlamaz.
Qərı öldüm, bikəs öldüm, yad öldüm.
y ^evdiyim, səndən qeyri kimim var,
ə üstümə, aman öldüm, dad öldüm.