Xəta edib o ləbi-ləlinə şərab dedim

Xəta edib o ləbi-ləlinə şərab dedim
Müəllif: Məhəmmədağa Cürmi


Xəta edib o ləbi-ləlinə şərab dedim,
Bu söz nə sözdü meni-xanimanxərab dedim.

Salıbdü zülfı ayağına, ahudur bu məgər?
Atıbdu dəşti-xəta Çinə mişktab dedım.

Şikənci-zülfi siyəhdən yüzünü göstərdi,
Tülu məğribdən qıldı afitab dedim.

Qədin görüb dedilər bu nə sərvi-rənadır?
Veribdü mərdümi-çeşmim bu sərvə ab dedim.

Ləbündü qönçə, qədin sərv, arizün lalə,
Bu çeşmi-məstinə çaşdım da nim xab dedim,

Deyəndə Cürmi bu şeri o qədr məst oldum
Ki, ləli-yarıma səhv eyləyib şərab dedim.