Xətt girdi-arizində ki, gahi əyan olur
Xətt girdi-arizində ki, gahi əyan olur Müəllif: Yusif Nabi |
Xətt girdi-arizində ki, gahi əyan olur,
Dillər qübari-heyrətlə rikdan olur.
Sorduqca çeşmi hali-əsiran qəmzəsin,
Bimü ümmid arayə girər tərcüman olur.
Mövzunqədanü simtənanü şəkkərləban
Pirə əsa, fəqirə qina, cismə can olur.
Lazım deyil kitabi-"Gülüstan" o afətə,
Nə nüsxə qursa sinəsinə gülsitan olur.
Şəhri-Sitambulun nə gözəl mərdümanı var,
Ən sadəlövhü nazik olur, nüktədan olur.
Bahərfi-təlx kim var isə xaki-şəhrdir,
Əbnayi-şəhər cümləsi şirinzəban olur.
Hüsni-nəməkbəduş bulunmaz kənardə,
İstambul içrə, Nabi, o da rayigan olur.