Xəyali-məfur
Müəllif: Səid Səlmasi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Çəkil, həyatımı müdhiş edən xəyal, çəkil.
Müdam nifrətə bais o hali-tənnazın.
Çəkil də qılma mənə şux müşribanə nigah,
Sübati-əzmimi qırmaz o çeşmi-qəmmazın.
Danışma! Sus deyirəm, istəməm, yəqin etmə,
Gəlirmi yadına bir şəb başın sinəmdə ikən
O almalıq denilən yerdə biz oturmuşduq...
Ağaclann arasında qünıba qarşı yenin.
Qəmər üful eləyərkən, dərin-dərin bir ah
Çəkib, yapışdın əlimdən, o dəm dedin, ey vah.
Sabah yaxlaşıyor məncə sizdən aynlmaq.
“Təhəmmüli-bəşərin xaricində nikbətdir”
Şu söz ah... yalanmış, bu bir xəyanətdir.
Çəkil, çəkil! Məni aldatma!.. istəməm mütləq.