Xəzinə versələr mən Xaqaniyə
Xəzinə versələr mən Xaqaniyə Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Xəzinə versələr mən Xaqaniyə,
Mənim verdiyimdən çox olmaz, inan.
Fələk heyran qalmış bu əsrara ki,
Nələrə qadirdir bir müdrik insan.
Şahlardan layiqcə aldığını o,
Bədxaha miniətsiz bağışlar hər an.
Xaqaninin qəlbi bir çərxə bənzər,
Bu yandan alar, hey verər o yandan.