Xaki-rəh etdi aşiqi-miskini ol həvəs

Xaki-rəh etdi aşiqi-miskini ol həvəs
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.157.

Xaki-rəh etdi aşiqi-miskini ol həvəs
Kim, paybusi-yarə qaçan bula dəstrəs.

Razi-dəruni dışraya salmaq rəva degil,
Budur günahı kim, asılır müttəssil cərəs.

Didari-dustdur iki aləm nəticəsi,
Yox ondan özgə aşiqə aləmdə mültəməs.

Sinəm həvayi-eşqin ilə doldu ney kimi,
Dəm urduğumca ahü fəğandır çıxan nəfəs.

Hər qeyd olursa məhz bəladır ki bülbülə
Gər şaxi-güldən olsa, küdurət verər qəfəs.

Ol qəmzədən, könül, əgər istərsən iltifat,
Tiği-təcərrüd ilə canından əlaqə kəs.

Olmaz vücudi-aşiqə eşq içrə e’tibar,
Dözməz, Füzuli, atəşi-suzanə xarü xəs.