Xala Ava və Xoruzcuğaz

Xala Ava və Xoruzcuğaz
Müəllif: Şifahi xalq ədəbiyyatı

Bir kənddə Xala Ava adlı qadın yaşayırdı. O, çox kinli, qəzəbli idi. Qadın heç kəsi sevmir, hamını incidir və söyürdü. Qonşular onun həyətinə girməyə belə qorxurdular.

Bir gün Xala Ava öz bağında qoz toplayırdı. Bu vaxt hasarda xoruzcuğaz göründü.

- Mənə qoz ver, Xala Ava, – deyə o xahiş etdi.

Xala Ava əlindəki ağacı xoruzcuğazın üstünə atdı. O, az qala xoruzcuğazın pəncəsini zədələyəcəkdi.

- Əl çək! Vermərəm!

Xoruzcuğaz göz yaşları ilə evə qaçdı. Yolda o, qıyığa rast gəldi.

- Sənə nə olub, xoruzcuğaz? Niyə ağlayırsan? – deyə qıyıq soruşdu.

- Mən Xala Avadan qoz istədim, o isə mənim üstümə ağac atdı.

- Gəl qəzəbli Xala Avanın dərsini verək, - deyə qıyıq dilləndi.

- Biz ona necə dərs verə bilərik? – deyə xoruzcuğaz soruşdu.

- Mən onun nalçasına girərəm, o, ora oturanda onun bədəninə bataram.

Xoruzcuğaz və qıyıq birgə getdilər. Onların qarşısına göyərçin çıxdı.

- Dostlar, hara gedirsiniz?

- Gedirik Xala Avanın dərsini verək.

- Məni də özünüzlə götürün!

- Sən bizə necə kömək edə bilərsən?

- Mən ocaqda oturaram. Xala Ava odu üfürəndə külü onun gözlərinə tökərəm.

Xoruzcuğaz, qıyıq və göyərçin birgə getdilər. Onlar bir daşa rast gəldilər.

- Möhtərəm dostlar, hara gedirsiniz? – deyə o soruşdu.

- Xala Avanın dərsini verməyə gedirik.

- Məni də özünüzlə götürün!

- Sən bizə necə kömək edə bilərsən?

- Mən qapının yanında uzanaram. Xala Ava evdən çıxanda onun kürəyinə zərbə vuraram!

Xoruzcuğaz, qıyıq, göyərçin və daş birgə getdilər. Nəhayət, onlar Xala Avanın daxmasına gəlib çıxdılar.

Xala Ava təzəcə uzanıb mürgüləyirdi. O, xoruldayanda qıyıq onun, nalçasında, göyərçin ocaqda, daş isə qapının ağzında yerləşdi.

Xoruzcuğaz qanadlarını çırpdı və səs-küy saldı. Xala Ava səsi eşidib, hövlnak yerindən qalxdı. O, elə bildi ki, pişik şkafa qalxıb.

- Cəhənnəm ol, yaramaz! – deyə o dilləndi.

Xoruzcuğaz isə daha möhkəm səs salır və qanadlarını çırpırdı.

Daxma qaranlıq idi. Xala Ava qərara gəldi ki, odu üfürsün. Elə təzəcə ocağa əyilmişdi ki, göyərçin ordan pırıldadı və kül Xala Avanın gözlərinə töküldü.

Xala Ava qorxdu və nalçaya oturdu. Qıyıq onun bədəninə girdi. Xala Ava qapıya tərəf yollandı. Bux- daş onun kürəyinə zərblə dəydi.

Qəzəbli, kinli Xala Ava çox uzaqlara qaçdı. Xoruzcuğaz isə çoxlu qoz yığdı, çoxlu yedi, hətta göyərçini də qonaq etdi.

Daş qozları sındırırdı.

Qıyıq isə kənək qozları qabıqdan çıxarırdı.

Mənbə

redaktə
  • Dağıstan xalqlarının nağılları. Bakı, 2013