Xali-mişkinə baxın, arizi-cananə düşüb

Xali-mişkinə baxın, arizi-cananə düşüb
Müəllif: Fatma xanım Kəminə
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Xali-mişkinə baxın, arizi-cananə düşüb,
Deyəsən bir həbəşi səfheyi-İranə düşüb.

Murği-dil daneyi-xalın gorəli nalə cəkər,
Qisməti ruzi-əzəl ah ilə əfqanə düşüb.

Arizi-aldədir xali-siyahi, əlhəq,
Xəti-mişkin necə kim laleyi-nemanə düşüb.

Ey gözüm nuri, yuzundə bax o xali-siyahə,
Xəbər et murği-dilə kim, odu bir danə düşüb.

Murği-dil daneyi-xalın həvəsilə duşmuş,
Həlqeyi-zulfə ki, zəncirə cu divanə düşüb.

O kaman qaşə qoyub qəmzə oxun, türk yüzün,
Şəhrə aşub salıb, hər biri bir yanə düşüb.

Görəli dil səri-zulfini könül bənd oldu,
Misrdə Yusifi-Kənan necə zindanə düşüb.

Derimiş dilbər kim, könlü degil məndə muqim,
Dil donub qanə o gündən ki, bu böhtanə düşüb.

Nöqteyi-xalu gozu qaşı yığılmış niyə,
Dövrdə zülfü Kəminə kimi peykanə düşüb.