Xalq
Xalq Müəllif: Əbdülhaq Hamid Tərxan |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bir fərdinəm, ey böyiik cəmaət,
Səndən dilərəm bu gün şəfaət.
Həsrən sənədir təşəkkürätım
Sənsən hədəft təfəkküratim
Artar səne hər nəfəsdə deynim,
Həp səndə deyilmi välideynim?
Əcdadımı, alimiz sənindir
Evladi - əyalımız sənindir
Sənsiz helə mən yetim olurdum.
Bi-namu-nişan adım olurdum.
Sənsiz olmazdı kimsə məşhur
Hep nadirələrdə olurdu məqnur
Mən — fərd, ölərəm, bəqa sənindir
Qəlbimdəki mahliqa sənindir.
Banisi bunun dühadır, ey xalq
Ancaq o dühayi bitənahi
Səndən çıxıyor o şəxsi-dahi.
Məxzi sənə pişvandır, ey xalq
Yoxdur o səfərbərin hüdudu
Hər sahədə bəklənir vürudu.
Təkrar edirəm bu fikri inşad:
Fərdiyyətidir camaətin bu
Kəmiyyətidir dəhaətin bu.
Ey Türk, sənə Türkdən oldu imdad
Qazi ki, bu gün müməsilindir
Əlbəttə, sənin müməsilindir
Gənclər, yazınız, sükut et, ey pir,
Sizdən gələcək gəlirse həmlə
Tədbir alınırmı tək qələmlə?
Çox həmlə gərəkdir, çox da tədbir
Qazi bunu felən etdi isbat
Milliyyətə ən böyük mükafat.