Xaluqun amentüsü
Xaluqun amentüsü Müəllif: Tofiq Fikrət |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
(Xalıqın inam əsaslan, əqidəsi)
Biq qüdrəti-külliyyə var ülvi ve münəzzeh
Qüdsi və müəlla, ona vicdanla inandım.
Torpaq vətənim, növi-bəşər millətim...
İnsan İnsan olur ancaq, buna izanla inandım.
Şeytan da bizik, cin də, nə şeytan, nə mələk var
Dünya dönəcək cənnətə insanla, inandım.
Fitrətdə təkamül əzəlidir — bu kəmalə
Tövrat ilə, İncil ilə, Quranla inandım.
Əbnayi-bəşər bir-birinin qardaşı... Xülya!
Olsun, mən o xülyaya da min canla inandım.
İnsan əti yenməz. Bu təsəlliyə içimdən
Bir an üçün əcdadımı nisyanla inandım.
Qan şiddəti, şiddət qanı bəslər.
Bu müadət Qan atəşidir, sönməyəcək qanla, inandım.
Əlbət bu məzar ömrünü bir həşri-ziyahiz
Təqib edəcəkdir, buna imanla inandım..
Əqlin o böyük sahirin ecazı önündə
Batil keçəcək yerlərə xüsranla, inandım.
Zülmət sönəcək, parlayacaq həqqi-dirəxşan
Birdən birə bir tabişi-bürkanla, inandım.
Qollar və boyunlar cözülüb bağlanacaq həp
Yumruqlar o zənciri-xuruşanla, inandım.
Bir gün yapacaq fən bu siyah torpağı altun
Hər şey olacaq qüdrəti-irfanla.... İnandım.