Xaqani, üç şeydən gözəl, de, nə var
Xaqani, üç şeydən gözəl, de, nə var Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Xaqani, üç şeydən gözəl, de, nə var:
Cavanlıq, rahatlıq, bir də güzaran.
Sənin ki, hər ücü varındır, şükr et,
Onları bir yerdə tapmaz hər insan.