Xaqani, dövlətin ağacındakı
Xaqani, dövlətin ağacındakı Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Xaqani, dövlətin ağacındakı,
Şaxədən bar dərib yeməyə dəyməz.
Dünyanu bu yağlı, şirin loğması,
Ona sərf edilən əməyə dəyməz.
Şahların əlindən sədəqə almaq,
Onlara mədhiyyə deməyə dəyməz.