Xaqani, haqqlısan nalə etməkdə
Xaqani, haqqlısan nalə etməkdə Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Xaqani, haqqlısan nalə etməkdə,
Çünki, yoxdur sənin dostun, aşinan.
Düşmənin torpaqdan sayca artıqdu",
Dostlarınsa azdır kimiyalardan.