Xaqani, sən bilik xəzinəsisən
Xaqani, sən bilik xəzinəsisən Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Xaqani, sən bilik xəzinəsisən,
Bəs nədən cahillər qazanır hörmət?
Arslana verdilər şahlıq rütbəsi,
Bəs nədən pələngə yetişdi xələt?
Balığın bədəni gümüşlə doldu,
Sədəf daş içində çəkdi əziyyət.