Xaqani çəkildi üzlət evinə
Xaqani çəkildi üzlət evinə Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Xaqani çəkildi üzlət evinə,
Bu ev çox yaxşıdır şah sarayından.
Qənaət içkisi ruzisi oldu,
Budur zəmzəm sulu və abi-heyvan.
Ruziyçün qəm çəkməz bacardıqca o,
Ruzinin qesydinə qalır yaradan.
Yaşamaq ruzilə mümkünsə əgər,
Ruzi də taətlə yetişər hər an.
Xaqani istəməz ruzi kimsədən,
Allah ruzisini verir firavan.
Süleyman vermədi yem qarıncaya,
Möhtacdır ruziyə çünki Süleyman.