Xaqani dərdlidir arvad əlindən
Xaqani dərdlidir arvad əlindən Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Xaqani dərdlidir arvad əlindən,
Bu aləm bir dərdli könülə dəyməz.
Qürbətdə bir arvad aldı ki, onun,
Yüz nazı bir anlıq müşkülə dəyməz.
Birinci arvada dəyməz sonrakı,
Yüz qarğa bir gözəl bülbülə dəyməz.
Dünyaya dəyəni torpağa döndü,
Birini aldı ki, heç gülə dəyməz.