Xaqanlığa yaxınsa da mənim əsil nəsəbim
Xaqanlığa yaxınsa da mənim əsil nəsəbim Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Xaqanlığa yaxınsa da mənim əsil nəsəbim,
Bu məqamın hər cəhəti varsa bütün hesabda,
Söz xaqanı şöhrətini qazanmışam mən özüm,
Əlimizlə zinət tapıb hər bir kəlmə kitabda.
Sözdə mənə tay deyilsən, ey məni inkar edən,
Mümkünmüdür kainatı gizlətmək bir niqabda?
Yusif kimi səyyarələr üzəngimdə gedərkən,
Dolda mənə yer verməyi şan bilirlər, savab da!