Xas-xas
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

(xətəngi)

Bir gözəl görmüşəm xub yaxasında,
Əyninə geyinib ətlazı, xas-xas.
Seyraqublar durub yol kənarında,
İşi ras gəlmədi nə oldu pəs-pəs.

Qorxum yoxdu nə sultannan, nə xannan,
Bu dünyada olma könül yıxannan.
Cəhd eylə bir pis söz çıxmasın sənnən,
Yazıqsan deyərlər səsini kəs-kəs.

Məmmədhüseyn deyər, mənlə toylaşma,
Dərin-dərin dəryalarla boylaşma.
Bacarmazsan hər adamla, soylaşma,
Nə zaman güləşsən cəhd elə bas-bas.