Rəvayətlər. Xatun arxı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmişdə Xatun arxı kəndinin yeri xarabalıq imiş. Burada ancaq ilanlar, əqrəblər mələşirmiş. Vaxtilə buradan keçən bir gənc atın tərkində Xatun adlı sevgilisini gəzdirirmiş. Qız susuzlayır. Oğlan haranı gəzirsə, su tapa bilmir. Qız susuzluqdan oğlanın qucağında keçinir. Oğlan onun xatirəsinə arx çəkmək istəyir. Bütün olan-qalanını xərcləyib arx salır. Qızın adı ilə bağlı onu Xatun arxı adlandırır.

Üçmüəzzin kəndində Xatun arxı mövcuddur

Mənbə

redaktə
  • Azərbaycan klassik ədəbiyyatı kitabxanası. I cild. Bakı,1982.səh. səh.45.