Xoş gəldin (Aşıq Şenlik)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Xoş gəldin Müəllif: Aşıq Şenlik |
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14. |
Ey böyük vəsfikar, böyük sənətkar,
Qədəm qoydun bu diyara xoş gəldin.
Səni gördüm mənim könlüm şad oldu,
Qədəm qoydun bu diyara xoş gəldin.
Sən ümmansan, dərya sənə tay olmaz,
Ulduz günəş olmaz, ülkər ay olmaz,
Hər aşıqlar bu sənətdə sayılmaz,
Qədəm qoydun bu diyara xoş gəldin.
Mən Aşıq Şenliyəm, bəllidir adım,
Şahi-mərdan olub mənim ustadım,
Deməynən qorxuram, ucadır zatım,
Qədəm qoyun bu diyara xoş gəldin.