Xoş gəlmisən
Müəllif: Çoban Əfqan
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Bu xoş gündə qədəm basıb
Yarım, bizə xoş gəlmisən.
Yenə məni yada salıb,
Yarım, bizə xoş gəlmisən.

Sıxıbsan nazik belini,
Aç görüm cığa telini,
Danış öpüm qoy dilini,
Yarım, bizə xoş gəlmisən.

Gül əkdim ellər bağında,
Aşiqəm yar sorağımda,
Ömrümün bu son çağında
Yarım, bizə xoş gəlmisən