Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim
Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim Müəllif: Məhəmməd Füzuli |
Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim,
Nə mübtəlayi-bəla, müğəyyədi-ğəm idim.
Gəzərdim itlərin içrə fəzayi-kuyində,
Yerim behişti-bərin idi, mən də bir adəm idim.
Həmişə səcdəgahim xaki-asitanın idi,
Bu etibar ilə bir sərbüləndi-aləm idim.
Gədayi-kuyin idim, böylə zillətim yox idi,
Səriri-səltənəti-qürbdə müəzzəm idim.
Zaman-zaman əsəri-pərtövi-cəmalindən
Müalici-dili-pürdərdü çeşmi-pürnəm idim.
Ziyadə qəmzədəyəm hicr ilə, xoş ol günlər
Ki, mən bu qəmzədəlikdən ziyadə xürrəm idim.
Füzuli, olmaz imiş möhnəti-fərağə müfid,
Bu zövqi-zikr ki, bir vəqt yarə həmdəm idim.