Xocalı cəlladları

Xocalı cəlladları (11.12.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Quldur dəstəsi sındı, batdı batan adları,

İtdən şərəfsiz oldu Xocalı cəlladları!


Eli arxasız görüb qudurdu it uşağı,

Çaqqal kimi soxuldu arvad-uşağa yağı.

Nə dünya, nə qiyamət qorxutmadı alçağı,

İçdikcə insan qanı, əsritdi saldatları,

İtdən şərəfsiz oldu Xocalı cəlladları!


Bəzən şübhə edirsən – qonşumuzda varmı xalq?

Qonşuya nifrət ilə belə yaşayarmı xalq?

Xəstə, manyak, dəlini başa çıxararmı xalq?

Necə qana susayar kişisi, arvadları?

İtdən şərəfsiz oldu Xocalı cəlladları!


Əliyalın insanın üstünə tank sürənlər,

Sadəcə kef havası körpəni öldürənlər,

Qudurmuş köpək kimi üstümüzə hürənlər

Qanlı dişin qıcıyan, insanlığın yadları,

İtdən şərəfsiz oldu Xocalı cəlladları!


Şərəfsizlər yaratdı şərdən yeni mərhələ,

Kirli caynaqlarında qanımız döndü gölə.

Bu cür həyasızlığı tarix görməyib hələ,

İblisin özü olmuş bunların ustadları,

İtdən şərəfsiz oldu Xocalı cəlladları!


Mərak etmə, quyruğu çox uzundu dünyanın,

Bir gün burmalı idi quyruğunu şeytanın.

Enəndə DƏMİR YUMRUQ başına Paşinyanın,

İki quduz köpəyin ucaldı fəryadları –

İtdən şərəfsiz oldu Xocalı cəlladları!