Xoflanma
Xoflanma Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Sözün ziyanı yox, sazın ondan çox,
Sənətkar görəndə xoflanma bir də.
Sərraf adamsansa, düz gözümə bax,
Sözümdə gövhər var, inci də, dürr də.
Sənətkar sayılmaz yoldan ötən, bil,
Haqqa biz də quluq, köləyik, sən bil,
Korsan, ya görmürsən, sil, gözünü sil,
Məni azca söylət, dindir bu yerdə.
Sənə qənim olar haqqın sahibi,
Şeytanlıq puluyla doldurma cibi,
Bu Aşıq Heydərin budur tələbi,
Boz üzün göstərmə mərd oğlu mərdə!