Xortdan (Əhməd Cavad)
Xortdan Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.257 |
İki qonşu bir gün bəhsə girdilər,
Biri bizim Həsən, biri də Cəfər.
Həsən dəm ir şişi götürüb dedi:
- Əgər bu dəmiri sən gecə vaxtı.
Bir m əzara yalqız sancıb gəlesən;
Nə istəsən verrəm, bu sən öləsən.
Cəfər kişiləndi, aldı dəmiri,
Həsən də göstərdi bir köhnə qəbri.
Axşam oldu, ay qaranlıq gecədə
Cəfər yola düşdü, şiş də bir əldə.
Aradı, aradı qəbrə yanaşdı,
Tələsik şişi də sağına sancdı.
Bilmədi, dəmiri çuxuya çaldı,
Getmək istəyəndə lap donub qaldı.
О qalxmaq istədi, dəmir sarıldı,
Xortdan xəyal edib zəhri yarıldı.