Xudavәnda, yazarkәn nәzmü nәsrü dәftәri-inşa
Xudavәnda, yazarkәn nәzmü nәsrü dәftәri-inşa Müəllif: Ağaəli bəy Naseh |
Xudavәnda, yazarkәn nәzmü nәsrü dәftәri-inşa,
Zәbanü fikrü tәbü nitqim öz hәmdinlә qıl guya.
Dәhan içrә zәbani, dildә tәbi, başda övhami,
Hürufi-lәfzü mәnani edibdir qüdrәtin peyda.
Zәban gәr hәmd söylәrsә, olur Mәhmuddәn tövfiq,
Kәlamı tәb tövlid etsә tәbin xaliqi mövla.
Әgәr olmazsa feyzin rәhnüma, daniş cәhalәtdir,
Vücudi-elmü fәhmü әql vermәz mәnfәәt әsla,
İnayәtlәr edib qıldın әdәmdәn zatımı icad,
Gәtirdin alәmi-nasutә batәşrif "kәrrәmna".
Tәcәlla etdi nurin mәtlәi-qeybi-hüviyyәtdәn,
Bu nurin mәzhәri olmaqla etdin cismimi әhya.
Cәhalәtdәn çıxıb kәsbi-kәmal etmәkdә imdadım,
İlahi, sәndәn oldu, eylәdin sәn vaqifi-mәna.
Bәşәr növündәn etdin, әhli-islam oldu әcdadım,
Lisanü qәlbimә nuri-hidayәt eylәdin ilqa.
Edib tәftiş әdyanı, götürdüm dini-islamı,
Qәbuli-hökmi-Quran ilә tapdım nemәti-üzma.
Şüur ilә müsәlmanәm, nә tәqlidәn әbü ümmә,
Dәlili-әqlü nәql ilә tutub qәlbimdә iman ca.
Könüldә şәkkü şübhәm yox, yәqinәn әhli-tövhidәm,
Hәmişә söylәrәm sidq ilә "amәnna"vü "sәddәqna".
Übudiyyәtdә, qәffara, әgәrçi çox qüsurum var,
Vәli göz yaşım ilә eylәrәm qüfranın istida.
Kәrima, rusiyahәm, acizәm, asi, günәhkarәm,
Mәni rәdd etmә dәrgahindәn, eylә mәğfirәt әta.
Mәnә qәlbi-sәlim әnam edib taәtdә sai qıl,
Sirati-müstәqim üzrә edim ehkami-din icra.
Kәlami-lәğvdәn hifz et zәbanü tәbimi, ya rәb,
Mәni әtbai-ğavun etmә, çәşmi-qәlbimi әma.
Bu, rövşәndir ki, tәbi-şair, әlbәttә, fәsad eylәr,
Mәni bu zümrәdәn öz lütfün ilә eylә istisna.
Muradım çün nәsihәtdir, kәlamım dilpәzir eylә,
Süluki-şerdә Nasehliyimdir mәqsәdi-әqsa.