Yüyür

Yüyür
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Qıs vurun qoçaqlarım iti canavara, yüyür!
A gədə, Novruzalı çıx kəndə, xəbərə yüyür!
A gədə Mırdışalı, sən də bulaqlara yüyür!
Ağrın alım uzun Bayram, günüm oldu qara, yüyür!

Subayların amanatı bozdarı beldən qoygunan,
Açgılan zəncirini, toplanı əldən qoygunan,
Ot gətir, alaf gətir, pələşi gendən qoygunan,
Amandı daqqa Xəlil, sən də bir kənara yüyür!

Quduz dəymiş canavarlar görün nə tufan elədi,
Öldürdü yeddi qoyun, qanına qəltan elədi,
Dağıtdı qomral qoçu, bilin yəqin qan elədi,
Topal tutdu canavarı dərisin şan-şan elədi,
A gədə Əhmədalı, çöllərə, çallara yüyür!

Yağış yağar, şimşək oynar, görün göy necə guruldar,
Yatıbdı tənbəl Qulu, axşamdan bəri xoruldar,
Bir kərə qoçdan ötrü bax Məhəmməd nə zarıldar,
Ağlamaqdan fayda yoxdu uzun qulaqlara, yüyür!

Quduz dəymiş canavar qoyunlara saldı talan,
A gədələr, düz danışm, sözünüzdə vardı yalan,
İt uşağı qudurubsuz, yuxluyarmı çoban olan?
Şahqulu çox yaxşı qalxdı, boğazma keçdi palan,
A gədə Şahqulu, aman döşlərə dübara yüyür!

Erkəcləri yoxlaym, ala şimşək xarı gedib,
Ağ seyiz, qara seyiz, göy təpəl yuxarı gedib,
Göy Sadıx zehinlidi, deyir qoyun yarı gedib,
A gədə, göy Sadıq, sən də bu yanlara yüyür!

Beş keçi, on beş qoyun, kənddə bir evdən tapılıb,
Yeddi toğlulu qoyun da yağlı güneydən tapılıb,
On beş toğlulu qoyun qarlı qüzeydən tapılıb,
Vəsf elər Aşıq Söyün belə Bəyçoban tapılıb,
Yüz manat nəmər verdi min atı, Dilbara yüyür!