Yüz ilə
Yüz ilə Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Qədir mövlam, budur səndən diləyim,
Görüm yarın ömrü yetsin yüz ilə,
Artıq ola malı, mülkü, dövləti,
Altmış nəri bir qatara düzülə.
Sədəf incə, dodaq incə, dil incə,
Canım çıxdı yar könlünü alınca
Ölüm yeydi bu dünyada qalmca,
Bir igid ki qatarından üzülə.
Qaşlarına çəkilibdi, bil, qələm,
Ağız davat, göz mürəkkəb, dil qələm,
Yalan desəm çək gözümə mil, qələm,
Sənəd verrəm, qulun ollam yüz ilə.
Abbas deyər: dildəki hərf neçədir
Neçə gövhər, neçə ləl, neçə dür,
Sanamadım zülfün muyu neçədir,
Qorxuram ki, şana dəyə, üzülə.