Yüzdə mindimi
Yüzdə mindimi Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 112 |
O gözəl varağın, xətti-camalı
Özü bir, mətləbi yüzdü, ə, mindimi?
Cəm olub şairin bunda kamalı,
Oxuyanlar anlar, yüzdə mindimi.
Mürğünə dəstində atı gözəl dən,
Yaman xədəng oxu atı göz əldən.
Hicranın qəmindən atı, gözəldən
Dərindən alanlar yüzdə mindimi?
Əlif allah, bey bir, hey hara sinsin,
Bey bağışlar onda hey hara sinsin.
Qəmzədə İmanam, hey hara sinsin,
Bir ismə intizar yüzdə mindimi.