Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni Müəllif: Əbülhəsən Raci |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,
Bivəfalar əhdi tək sındırdılar peymanəni.
Ləli-canan tək uzaq oldı nəzərlərdən şərab,
Çeşmi-dilbər tək xumarə saldılar məstanəni.
Rindü şeyxü salikü zahid qarışmış bir yerə,
Çeşmi-həqbin yox, seçə namərd ilə mərdanəni.
Düşdi rövnəqdən gülüstani-vəfa, zağü zəğən
Bülbüli-şeyda yerində başlıyub əfganani.
Atəşi-şövqi-məhəbbət yandururdı aqibət,
Şəmlər nahəq yerə yandurdilər pərvanəni.
Oldum həmrəng, cəmaət, eşqi-xalü zülf ilə
Rişteyi-zünnarə düzdüm səbheyi-səddanəni.
Ey dil, əl çək, yox bəni-növi-bəşərdə etibar,
Məskən et bayqusifət bir guşeyi-viranəni.
Kutəh eylün qisseyi-zülfi, ey ərbabi-üqul,
Rahət əgləşsün qoyun, zəncirdə divanəni.
Raci, gördüm tərgi-candur iqtizayi-ittihad,
Bəzmi-vəsli-xasə qoymazlar girə biganəni.