Y.P.Orbeliani
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Altun gəncliyimin dəyərli dostu,
Ay gözəl Yelena, xanım Yelena!
Vəfasız deyiləm, ölüncəyodək,
Hazıram başına dönüm, Yelena!

Neyləyim ki, fələk çox yaman sıxdı,
Onsuz da viranə qəlbimi yıxdı.
Dostlarımın çoxu vəfasız çıxdı,
Heyrətdə qurudu qanım, Yelena!

Gürcüstan qəşəngdir, buna yox sözüm,
Gəzərkən yurdunda sevinir gözüm.
Gürcü yaxşı dostdur görmüşəm özüm,
Onlardan birinci canım, Yelena!

Qəlbim kimi qəlbin bilirəm safdır,
Var olsun gözlərin yaxşı sərrafdır!
Deyənlər var: “dostluq bir quru lafdır”,
Onları insanmı sanım, Yelena!

Doğrudur, dostluqda keçon bu on il,
Sevən bir qəlb üçün çox ömür deyil.
Ancaq mon istərdim, onu yaxşı bil,
Ağarsın tellərin, yanım, Yelena!
1935, 10 iyul