Yaş zindanlar yuvamız
Yaş zindanlar yuvamız Müəllif: Hüseyn Cavid |
Yaş zindanlar yuvamız,
Fəlakət aşinamız.
Ordular yıxan qurşun,
Olmuş bizim qidamız.
Arkadaş, göz aç, aman,
Qalx ölüm uyqusundan.
Zülmə çox əydin boyun,
Çox əzildin, qalx, oyan!
...Arkadaş, ayıl bir an,
Haqsıza olma qurban.
Yetər, miskinlik yetər,
Qalx! Oyan, oyan, oyan!..