Yaşamaq istər isək sırf əvam olmalıyız!
Yaşamaq istər isək sırf əvam olmalıyız! Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Yasamaq istər isək sırf əvam olmalıyız!
Atıb insanlıgı, bilcümlə həvam olmalıyız!
Yasamaq istər isək dəhrdə əmniyyət ilə,
Ölmə, fənnə, üdəbayə baxalım nifrət ilə,
Uyalım fitnələrə əldəki vəhsiyyət ilə,
Yatalım bəstəri-qəflətdə uzun müddət ilə;
Püxtəlikdən nə yetər, biz hələ xam olmalıyız!
Yasamaq istər isək sırf əvam olmalıyız!
Balısa bas qoyalım, yorganı bərdus edəlim1,
Pənbeyi-qəfləti yox, zeybəqi dərgus edəlim,
Xabi-övham görüb, seyl kimi cus edəlim,
Qeyrətü himməti-islamı fəramus edəlim;
Dusta mayeyi-qəm, düsmənə kam olmalıyız!
Yasamaq istər isək sırf əvam olmalıyız!
Fikr tədris edən əsxası kənar etməliyiz,
Hər nasıl olsa bu bidinləri zar etməliyiz,
Ölkədən bunları məcburi-fərar etməliyiz,
Tez zamanda vətəni, milləti xar etməliyiz2;
Boyləcə naili-məqsudü məram olmalıyız!
Yasamaq istər isək sırf əvam olmalıyız!
Basqalar çox da balonlarla edir seyri-həva,
Biz bu seyri edirik xabdə hər sübhü məsa,
Qövli-axundu unutdunmu ki, və’z etdi səna:
Dəhr fanidir, əzizim, ona uyma əbəda!
Tərki-dünya ilə firdovs xüram olmalıyız!
Yasamaq istər isək sırf əvam olmalıyız!
Nə bilirsən hələ sən səhneyi-rö’yadə nə var?!
Əhli-zahir nə qanır aləmi-mə’nadə nə var?!
Hər nə var – xabdə var, yoxsa bu dünyadə nə var?
Yaxsı yat, qol-qanad aç, uç, gör o mə’vadə nə var?!
Həzzi-rö’ya ilə məsguli-mənam olmalıyız!
Yasamaq istər isək sırf əvam olmalıyız!
Yat, dolas cənnəti-ə’ladəki rizvanlar ilə,
Qol-boyun ol, məzələs huriyü qılmanlar ilə,
Ye, iç!.. artıq kefə bax cümlə müsəlmanlar ilə,
Qoy bu dünyanı bu kafirlərə seytanlar ilə,
Biz mələklərlə uçub ali məqam olmalıyız!
Yasamaq istər isək sırf əvam olmalıyız!
Qoy olar kəsfi-bədaye’ eləsən sən’ət ilə,
Paraxod, ya vaqon icad eləsin zəhmət ilə,
Biz verib pul minərik, yol gedərik rahət ilə,
Nə münasib ki, rəqabət edək hər millət ilə?!
Bizə agalıq edən əhlə qulam olmalıyız!
Yasamaq istər isək sırf əvam olmalıyız!